Tanrı hər bir insanı başqa rol üçün dünyaya göndərər . əslində dünya bir filmdir. insanlar isə rollarda oynayan qəhrəmanlardır.
Hər kəs başqa cür düşünər, başqa cür anlayar hadisələri amma, heç kim qalxıb doğrunu deməzdi. bəli mən o doğrunu bilən insan olmasam da
hər zaman doğrunu bilən insanı axtarmağa çalışmışam və sonda anladımki doğrunu bilən tək Tanrıdır və bizi bu yolda öyrətməyə çalışır.
bəs bu dünya? insanlar necə yarandı? deyə düşünərkən, araşdırmağa başladım. sonda anlamışdım ki, bu dünyanı tanrı yaradıb. bu istifadə etdiklərin isə insanlar.
bax o insanlar bunu yaratmaq üçün göndərilib. bu onun rolu idi və o rolunu çox gözəl canlandırıb bu dünyanı tərk etdi.
mən hələ məktəbdə oxuyarkən bir müəllimimiz bizə birşey danışmışdı orda demişdi ki, hər insanın bir cür özəlliyi vardır onu tapana qədər mücadələ edin demişdi.
yan partada oturan sinif yoldaşım çox gözəl rəsim çəkirdi. mən onun həmişə paxıllığın çəkərdim niyə bax o rəsim çəkməyi bacarır, o birisi isə yaxşı top oynayır da
mən heçnə bacarmıram ? Mənim rolum nədi bəs bu dünyada? Məni niyə göndərdin buraya Tanrı? deyə öz-özümə suallar verirdim .
tez-tez evin padvalına girib tək qalıb fikirləşərdim. heç dostum yox idi mənim onlar məni aralarına almazdı. mən axı heçnə bacarmırdım məhlədəki uşaqlar top
oynamağa çağırdıqda getməzdim. tək qalmaq daha gözəl deyə fikirləşirdim və bunun doğru olduğunu anlamışdım .
sən demə insan özünü kəşf etmək üçün yalnız qalmalıdır .
məndə iki il öncə ilk yazımı yazmışdım "İnsanlardan Uzaqda Xoşbəxtlik" adlı kiçik həcmli bir yazı idi .
sevincim yerə göyə sığmırdı artıq özümü kəşf etmişdim . çalışsam böyük uğurlar qazana bilərdim.
gecə sevincimdən gec yatmışdım həvəslə bunu eyni sinifdə oxuduğum uşaqlara demək istəyirdim onlara dedikdə mənə gülmüşdülər "Bununla heçnə əldə edə bilməzsən" demişdilər.
onların bu düşüncəsini heçə sayıb öz üzərimdə dahada çalışdım kitablar oxumağa başladım .
2 il keçmişdi və mənim artıq dəftər dolu şeirlərim və yazılarım var idi. bu günə qədər yazdım . indi xoşbəxt olmasamda bir qadının gedişinə görə də intihar etmərəm artıq.
insanlar məndən unutdunmu soruşanda " unutdum sadəcə içimdə yeri doldurulmayan bir boşluq var" deyirəm " hissizləşmişəm mənim hisslərim ölüb " deyirəm.
onun isə hisslərinin " keçici həvəs " olduğunu deyirəm. bir insan sevdiyindən soyuyarmı heç? nəysə bunlardan yazmaq istəmirəm.
Bəli mən o Tanrının dünyaya göndərdiyi insanam.
Hiç yorum yok:
Yorum Gönder